Nahil Nəsrullahla görüşüb

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, ərəb mediasının məlumatına görə, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nahil Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.

Görüşdə Fələstindəki son vəziyyət, 1948-ci ildə işğal olunmuş ərazilərdəki müqavimət əməliyyatları və son bir neçə gündə həyata keçirilən əməliyyatlarla bağlı inkişaflar müzakirə edilib. Bu görüşdə tərəflər İsrail rejimə qarşı müqaviməti gücləndirmək üçün məsləhətləşmə və koordinasiyanın davam etdirilməsini vurğulayıblar.

İclasda fələstinlilərin və müqavimət qruplarının İsrailə qarşı həyata keçirdiyi əməliyyatlar təqdir edilib. İşğalçı düşmənə qarşı müqavimətin silahlı mübarizəsinin Fələstin məsələsi reallaşana qədər davam edəcəyini vurğulayan İslami Cihad Hərəkatının lideri Fələstin xalqının səbr və müqavimətinin nəticə verəcəyinə inandıqlarını bildirib.