Bu polis ayaqlarımın altına zopa ilə vururaraq mənə işgəncə verirdi

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində şərlənələrək həbs olunan MBH üzvü Azad Kərimovun növbəti məhkəmə iclası baş tutub. Şahidlərin dindirilməsi ilə davam edən məhkəmədə şahid qismində polis işçiləri dəvət olunub. Vəkil Zibeydə Sadiqovanın suallarını cavablaran şahidin gərgin davranışı məhkəmə boyu diqqət çəkib. Hər vəchlə suallardan yayınaraq məhkəmə salonunu tərk etməyə çalışan şahid vəkilə suaların çoxluğundan və yoruculuğundan şikayətlənib. Əvəzinə vəkil ironiyalı olaraq ona gərginliyinin nahar zamanı aclıqla əlaqəli olduğunu söyləyərək onu başa düşdüyünü deyib.

Ardınca Azad Kərimov söz alaraq şahidin ona işgəncə verən polis işçisi olduğunu və cibinə narkotikanın onun vasitəsi ilə qoyulduğunu bildirib. “Mənə bu polis işçisi işgəncə verərək məcbur edirdi ki, narkotiki boynuma alım. Bunun üçün o zopa ilə ayaqlarımın altına vuraraq narkotikaya sahiblənməm üçün məni döyürdü. Eyni halda o bildirirdi ki, bu formada işgəncənin izi qalmayacaq və əgər mən narkotikanı boynuma almasam onlar daha dəhşətli işgəncələri davam etdirəcəklər.”

Məhkəmə 27 fevral saat 12:00-a qədər ertələnib.

Azad Kərimov saxlanılan zaman amansız işgəncə alan çoxsaylı inanclılardan biridir. Həbs zamanı işgəncələr səbəbindən sonradan əməliyyata belə qaldırılan inanclılar olub ki, bu da qanunsuz həbslərlə yanaşı qeyri-insanı rəftarın növbəti təzahürüdür. 

Xatırladaq ki, inanclı Azad Kərimov 2023-cü il yanvar ayının 30-da saxlanılıb. Onun barəsində narkotiklərlə bağlı ittihamla yanaşı qanunsuz dini ədəbiyyatın saxlanılması ilə bağlı maddə də cinayət işinə əlavə olunub. İnanclı bütün bu iddihamları təkcə özü deyil, yüzlərcə inanclını əhatə edən geniş həbs dalğasını ölkədə anti-islam davranışların təzahürü olaraq qiymətləndirir.

Məlumat üçün bildirək ki, ölkədə həbslər durmadan davam edir.