Böyük Britaniyada hakim İşçi Partiyasının üzvləri partiya rəhbərliyini və hökuməti Qəzzada soyqırımı tanımağa, İsrailə qarşı sanksiyalar tətbiq etməyə və silah embarqosu tətbiq etməyə çağırıblar.
Hakim İşçi Partiyasının üzvləri partiyanın Liverpulda keçirilən payız konfransında “Fələstin Fövqəladə Hərəkəti”nə səs veriblər.
Təklif səs çoxluğu ilə təsdiq edilib.
Müraciətdə Birləşmiş Millətlər Təşkilatının (BMT) İşğal olunmuş Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının İsrailin Qəzzada soyqırım törətdiyinə dair rəyinə istinad edilib.
Təklifdə BMT komissiyasının araşdırmasına uyğun olaraq hökumət və partiya rəhbərliyindən İsrailin Qəzzada törətdiyi soyqırımını etiraf etməyə çağırılıb, həmçinin İsrailə qarşı sanksiyalar və silah embarqosu tələb edilib.
İşğal olunmuş Fələstin ərazilərində İsrail istehsalına qarşı ticarət embarqosunu müdafiə edən təklif konfransda əl qaldıraraq səsə qoyulub.
Qəbul edilən vəsatət partiya rəhbərliyi və ya hökumət üçün məcburi deyil, partiya üzvlərinə təzyiq vasitəsi kimi qiymətləndirilir.
Böyük Britaniyada hakim partiyanın üzvləri hökuməti Qəzzada törədilən soyqırımı tanımağa çağırıb