8 vəzifəli şəxsdən İnsan hüquqları komitəsinə şikayət olundu

Milli Məclisin 2019-cu il yaz və növbədənkənar sessiyaları dövründə İnsan hüquqları komitəsinə daxil olan məktub, müraciət və sənədlərin sayı 800 olub.
 
Oxu.az-a istinadən xəbər verilir ki, daxil olan müraciətlərin 180-i işə alınıb və ya müvafiq izahat verilib.
 
Müraciətlərin 244-ü hüquq mühafizə orqanları, 46-sı əmək mübahisələri və işsizlik haqqındadır.
 
Əhalinin sosial müdafiəsi ilə bağlı 23, özəlləşdirmə, maliyyə məsələləri haqqında 10, mənzil məsələləri barədə isə 21 müraciət daxil olub.
 
Vəzifəli şəxslərin fəaliyyətinə dair 8, vəzifədən sui-istifadə halları haqqında 13, yerli idarəetmə və bələdiyyələr haqqında isə 12 şikayət daxil olub.
 
Komitə müraciətlərə baxılması üçün müxtəlif qurumlara 620 məktub göndərib.