Yəməndə Əl-Qaidənin hücumunda azı yeddi hərbçi həlak olub

 Yəmənin Əbyən əyalətində əl-Qaidə silahlıları hərbçilərə pusqu qurublar. Azı yeddi hərbçi həlak olub.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Yəmənin Əbyən əyalətində yerli rəsmi mənbələr məlumat veriblər.

Bildirilib ki, Əbyən əyalətinin Mudiyah rayonunda “Cənubun Keçid Şurası” qüvvələri əl-Qaidə silahlılarının pusqusuna düşüblər.

İki hərbi maşın əl-Qaidə silahlılarının quraşdırdığı mina və bombalar nəticəsində partlayıb. Burada yeddi hərbçi ölüb və səkkiz nəfər yaralanıb.

Qeyd edək ki, əl-Qaidə silahlıları bir neçə gün öncə Əbyənin əl-Mahfad rayonunda oxşar hücum həyata keçirmiş və burada bir hərbçi ölmüş və üçü yaralanmışdı.