Vens ABŞ-İran danışıqlarının bəzi aspektlərdə yaxşı keçdiyini deyib

“Cenevrədə ABŞ və İran nümayəndələri arasında nüvə məsələsi ilə bağlı dolayı danışıqlar bəzi aspektlərdə yaxşı keçib. Lakin Tehran hələ ABŞ prezidenti Donald Trampın müəyyən etdiyi bir neçə prinsipial mövqeyi qəbul etməyə hazır deyil”.

Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a müsahibəsi zamanı deyib.

"Bəzi aspektlərdə hər şey yaxşı keçdi və onlar daha sonra görüşməyə razı oldular. Lakin digər aspektlərdə prezidentin iranlıların hələ qəbul etmək və ya həll etmək istəmədiyi bir neçə qırmızı xətti qeyd etməsi çox aydın idi", - o əlavə edib.