Vaşinqtonda "Siyasi məhbuslara azadlıq!" şüarı ilə aksiya keçirilib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, yanvarın 5-də Azərbaycan Naminə Demokratiya (AND) Təşkilatının təşəbbüsü ilə bir qrup azərbaycanlı fəal Vaşinqtonda, Ağ Evin binasının qarşısında "Siyasi məhbuslara azadlıq!" şüarı ilə aksiya keçirib.

Aksiyada həmçinin "Bəxtiyar Hacıyevə, Tofiq Yaqubluya, Abid Qafarova, Taleh Bağırzadəyə, Əli Əliyevə, Əvəz Zeynallıya, Niyaməddin Əhmədova, Aqil Hümbətova azadlıq!" şüarları qaldırılıb. Akisya iştirakçıları siyasi məhbus kimi tanınan şəxslərin fotoları əks olunmuş plakatlar nümayiş etdiriblər.

"Biz Azərbaycanda qanunların icra olunmasını, insanların təqib olunmamasını, bütün siyasi məhbusların azad edilməsini istəyirik. Biz Azərbaycanda demokratiya, demoktatik hökumət istəyirik", deyə aksiya iştirakçılarından biri qeyd edib.

Aksiya sosial şəbəkələrdə canlı olaraq yayılıb.