Türkiyədən İsrailin Qəzza hücumuna reaksiya: "Bu cür alçaq hərəkətlər qəbuledilməzdir"

Türkiyə İsrailin Qəzzada həyata keçirdiyi hücumları pisləyib və şəhid olan fələstinlilərə başsağlığı verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi hücuma “Bu cür alçaq hərəkətlər heç bir halda qəbuledilməzdir” sözləri ilə reaksiya verib.

Türkiyə Xarici İşlər Nazirliyi sionist rejimin Qəzzaya həyata keçirdiyi hücumlarla bağlı yazılı açıqlama verib və bu hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib:

"İsrail qüvvələrinin bu gün Qəzzada həyata keçirdiyi və qadın və uşaqların da olduğu fələstinlilərin ölümü ilə nəticələnən hücumları pisləyirik. Bu cür alçaq hərəkətlər heç bir halda qəbuledilməzdir. Biz bu hücumların dərhal, daha çox insan itkisi olmadan və regionda yeni münaqişə spiralına səbəb olmadan sonlandırılmasını gözləyirik. Hücumda həyatını itirən fələstinli qardaş və bacılarımıza Allah rəhmət eləsin, Fələstin dövlətinə və xalqına başsağlığı veririk.".