Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi bəlli oldu

Türkiyənin müxalif koalisiyası olan “Millət İttifaqı” (“Altılı masa”) mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizədinin adını açıqlayıb.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbərinə görə, bu barədə ölkənin “Səadət Partiyası”nın sədri Temel Karamollaoğlu bildirib.

O, seçkilərdə “Millət İttifaqı”nın vahid namizədinin CHP lideri Kamal Kılıçdaroğlunun olacağını qeyd edib.