Türkiyə ilə İran arasında ticarət sazişi

“Maku” Azad İqtisadi Zona Təşkilatının direktoru Hüseyn Gerusi verdiyi açıqlamada bildirib ki, İran və Türkiyə iki ölkə arasında azad ticarət zonasının yaradılması üçün Anlaşma Memorandumu imzalayıb və layihə yaxın vaxtlarda tamamlanacaq.

Dəhlizlərin Türkmənistanın Serahs şəhərindən İranın şimal-qərbindəki Bazarqan şəhərinə, Türkiyə sərhədinə yaxın, İranın cənubundakı Çabahar şəhərindən isə qərbindəki Maku şəhərinə qədər uzanacağını bildirərək o, Garusi iki yolun Bazarqan şəhər bölgəsində birləşəcəyini və daha sonra Türkiyəyə doğru istiqamətlənəcəyini sözlərinə əlavə edib.

“Maku”nun Asiyanı Avropa ilə birləşdirən son nöqtə olduğunu bildirən Gerusi, “Keçmişdə bu bölgə İpək Yolu xəritəsində idi. “Bu məsələ onu göstərir ki, bu marşrut logistika, ticarət və tranzit sahələrində yaxşı investisiya imkanlarına malikdir” söyləyib.

“Maku” Azad Bölgənin Təşkilat Meneceri Gerusi İran və Türkiyə arasında ortaq azad zonanın yaradılmasına dair anlaşma memorandumu imzalandığını bildirərək, “Mərənd-Çeşmə Süreyya-İğdır-Qars arasında iki ölkənin dəmir yolu keçidləri xəttinin inşası sıçrayışa səbəb ola bilər” deyib.

Gerusi, sözügedən layihələr üzərində işlərin tamamlandığını və bu mövzuda iki ölkə prezidentləri tərəfindən müqavilələrin imzalandığını bildirib.

Xatırladaq ki, yanvar ayında İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yüksək səviyyəli siyasi və iqtisadi nümayəndə heyəti ilə Türkiyəyə səfər edib.