“Tələbələri zəhərləyənlər yer üzünün fitnəkarlarıdır, onlar ağır cəzalandırılacaqlar”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran Məhkəmə Sisteminin sədri Qulam Hüseyn Muhsini son günlər İranda məktəblərdə baş verən şübhəli zəhərlənmə hadisələrinə toxunaraq, bu hadisənin səbəbkarlarının ən ağır şəkildə cəzalandırılacağını bildirib.

“Bu hadisə yer üzündə fitnə-fəsad törətmək qanununun ən bariz nümunəsidir. Şagirdləri zəhərləyənlər yer üzünü pozanlardır. Bu işə xüsusi bir şəkildə baxacağıq. Tələbələrin zəhərlənməsinə səbəb olanlar, onların əlaltıları və bu hadisədə əli olan hər kəs ciddi şəkildə cəzalandırılacaq”- deyə o bildirib.

Xatırladaq ki, martın 3-də İranın 12 vilayətdə müxtəlif məktəblərdə 500-ə yaxın şagirddə ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi zəhərlənmə əlamətləri müşahidə edilib.

Ən çox zəhərlənmə halı 138 nəfərlə Kohgiluyeh və Alıcı Əhməd əyalətlərində qeydə alınıb. Bundan əlavə, İsfahan, Gilan, Gülüstan, Rezevi Xorasan, Loristan, Həmədan, Fars, Kürdüstan, Xuzistan, Qəzvin və Mazandaran əyalətlərində bir çox şagidr zəhərlənmə əlamətləri ilə müalicə olunub.