Təhsil qatilləri

Təhsil müəssisələri ilə bağlı qalmaqallar ara vermədən böyüməkdədir. Az qala həftəni dolduran çoxsaylı məktəb şouları günün diqqətini özündə cəmləyən siyasi hadisəyə dönüb. Əgər ölkədə bərbad təhsil aydın seyr etməsəydi bunu cənab Əmrullayevə qarşı qara piyar kimi düşünmək olardı. Ancaq nə edəsən ki, bir ölkənin təhsili rəngarəg hazırlıq kurslarının reklamına, müəllimlərin pullu hazırlığı səviyyəsinə düşübsə onun şagirdinin görüntüsü bundan başqa bir şey olmamalı idi. Acısı, ötən illərin təcrübəsi olaraq drektorlardan gələn rüşvət qalmaqalları ilə müəllimlərə qarşı təzyiqlərə qədər qohum biznesinə çevrilən təhsil ocaqlarının vəziyyəti sonunda gördüyümüz videoları qaçılmaz edəcəkdi.

Təəssüf ki, təhsil layihəsinin yaratdığı boşluqların vəd etdiyi rüşvət maşınları, tədris müəssisələrinin hər bir sahəsinə təsiri ilə bizə artıq can verən deyil, dünyasını dəyişən tədrisin dəfn mərasiminə hazırlıq prossesindən başqa bir şey verməyəcəkdi. Buna son stol üstə rəqs edən Azərbaycan qız şagirdlərinin görüntüsü, patı qalmaqalı, cinsi oyunlar, şagirdlərin özünə qəsdləri və daha nələr-nələr əlavə etsək tablo tam aydın olar.

Birmənalıdır ki, buna başlıca amil ölkədə planlı formada məhv olunan mənəviyyat və milli dəyərlərin əzilməsi başlıca amildir. Əlavə olaraq idealoji məktəbin boğulduğu Azərbaycan gerçəkliyi orta çizgini çoxdan pozub. Bunun ardınca heç bir anlaqlılıq daşımayan tədris proqrammı sinif otağını mövcud teatıra, məktəbi əyləncə müəssisəsinə müəllimləri isə...

Problemin məktəbdaxili həllini axtaran müxtəlif orqanların bunu təhsilə vurulan zərbənin hələ illər öncə geyim, hicabda deyil, təhsilin səviyyəsinə diqqətə yönəltmək çağırışlı mənəviyyat qoruyucularını həbslərə salanların vicdanında axtarmaq məncə daha doğru olar. Ardınca seçkilərdə karusel yaradan müəllim və drektor fırıldaqçılığına yol açan məmurlar, qohum əlaqələri, rüşvət hesabına vəzifə tutanlar və sairlər bu günün artıq məhv olmuş tədrisinə qənim kəsilən qatillərdirlər ki, utanmadan onlar təhsilin güya vəziyyətindən narahat olmalar kimi immitasiya yaradırlar. Siz təhsili öldürən qatillərsiz, nə qədər sizin kimi səriştəsizlər bu işin rəhbərliyini daşıyacaq, təhsil bundan daha pis vəziyyətə enəcək. Ona görə də bu günün təhsil ocaqlarında yaranan vəziyyətin həlli üçün bir xeyli əvvələ qayıtmaq bəlkə ölmüş ümidləri doğrultmağa kömək edər. Əks halda sabah məktəblərdən yeni yayımlarda daha nələrin yer alacağını təxmin etmək çətin deyil.

 

Əbülfəz Bunyadov.

Müəllifin məqalələri: