Dönüşün başlanğıcı

Artıq iki illik bir zamanda qadağalarla üzləşən məscidlər nəhayət pandemiyanın yumuşalması ilə normal vəziyyətinə dönüş etdi. İnanclılar indi məscidlərə müəyyən olunmuş ara məsafəsi, yaş həddi, say və sair qadağaları arxada qoyaraq gələ bilir. Məscidlər artıq məscid funksiyasına qoyulan qadağalardan azaddır. Bundan sonra hər kəs fərdi və ya cəmlə ibadətlərini bu məkanlarda yerinə yetirə biləcək. Bu hər bir ibadət evinin mümkün funksiyasının özündə ehtiva etdiyi həqiqətdir. Bəs məscidlərdə vəziyyət necə, insanlara ilahi hürriyyət, sevgi və paklığı aşılaya biləcəkmi?

 

Birmənalıdır ki, məscidin, Allah evlərinin vəzifəsi cəmiyyətə dini, mənəvi əqidəvi ziyanı aşılamaqdır. Yəni, hər bir fərd bu məkanın sistemləşdirilmiş din əsasları çərçivəsində öz rol və vəzifələrini təftiş etməklə yön verməlidir. İslamın hakim olduğu dövlətlərdə bu daha rahat və ideoloji maraqlar çərçivəsində icra olunduğu halda Azərbaycan kimi hakimiyyətin dini nəzarətdə saxlamağa çalşıldığı dövlətlərdə bu məsələ yetərincə çətindir.

 

Ölkədə dini qaydaların icrasına forma baxımından kəskin qadağalar qoyulmasa da, fikir baxımından onun hədəfə alınması yeni hal deyil. Bu gün durmadan təzyiq altda olan bəzi məscid rəhbərləri, Allah evlərinin icma strukturları hakimiyyətin təhdidi altında müxtəlif reperessiyalarla qarşılaşır. Hətta bəzi məkanların hələ də bağlı qalan məscidləri burada hakimiyyət və məscid imamları arasında olan anlaşılmaz münasibətlər səbəbindəndir. Son, Milli Məclisdə müzakirələrə alınan “Dini etiqad azadlığı” haqqında qanuna düzəlişlərin də əsas hədəfi məhz xaricdən varlığı hər növ azadlıqlarla təmin olunan kimi təqdim edilən məscidlərin daxildən, bəzi ruhanilər tərəfindən müəyyən formada hakimiyyətin konsepsiyası çərçivəsində fəaliyyətinə hesablanıb. Təəssüf ki, hakimiyyətin əlində vasitə olacaq dini düşüncəyə təsir üçün çalışmağa hazır olan yetərincə “ruhani”lər var və bu pademiyadan sonra fəaliyyətində çox da gec olmadan özünü gösərəcək qarışıq fikirlərin gündəmə gələcəyi vədini verir.

 

Əlbəttə hər şeyin yaxşı göründüyü ilkin günlərdə bu mövzuya toxunmamız da təsadüfi deyil. Neçə-neçə əks qüvvələrin hakimiyyətlə birlik və müttəfiq addımlara aldıqları razılıq çox keçməyəcək ki, həqiqi İslamı bu camiyədə məhz ruhanilik siması ilə bəzi “din xadimləri”nin xüsusi “zəhməti” sayəsində zərbə ilə üzləşdirəcək. Bu pandemiya dövründə görünən bəzi hadisələrə əsaslanan araşdırmaların gəldiyi qənaətdir. Yaxın günlərdə fəaliyyətinə geniş imkanlar yaradılan məscidlərin “Rayon İcra Başçıları” və “Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi” və sair bir çox görünməyən əllər vasitəsi ilə dindarların dini sınağa çəkiləcəyi hadisələrdə özünü göstərəcək. Pandemiya dövründə xüsusi cəhdlər edilmiş addımlara pandemiyadan sonra hakim “ruhani” dəstələrinin əli ilə tətbiqi, hədəfi hakimiyyətdən ayırıb dinin öz üzərinə yönəldəcək. Görünən budur ki, bu gün günahkarı dinin öz simasında, “ruhani”nin əlində gösrətiləcək layihələrin tətbiq olunacağı hadisələrlə zavallı dindarların bir birinin canına salacaq parçalanmanın başlanğıc nöqtəsindəyik.

 

 

 

Əbülfəz Bünyadov.

Müəllifin məqalələri: