Taliban lideri dünya müsəlman alimlərinin görüş təkliflərini rədd edib

Taliban hərəkatının lideri Molla Hibətulla Axundzadə müsəlman alimləri tərəfindən irəli sürülən görüş təkliflərini qəbul etməyib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Dünya Müsəlman Alimləri Birliyinin baş katibi Əli Qaradaği deyib.

O, bildirib ki, Müsəlman Alimləri Birliyi tərəfindən bir nümayəndə heyətinin Talibanın liderinin yanına getməsi barədə təklif irəli sürülüb, lakin Molla Hibətulla Axundzadə öncəkilər kimi bu təklifi də qəbul etməyib.

Bundan öncə əl-Əzhər dini-elmi mərkəzinin sədri Əfqanıstanda qadınların təhsil və işi ilə bağlı qadağaları tənqid etmişdi.

Məlumata görə, Taliban hökumətinin əsas iki siması, daxili işlər naziri Siracuddin Həqqani və müdafiə naziri Molla Məhəmməd Yaqub Mücahid (Taliban hərəkatının banisinin oğlu) liderlə görüşüb, sözügedən məsələləri müzakirə etmək istəsələr də, Molla Hibətullah Axundzadə onlara da məhəl qoymayıb.