Sayı 71-ə yüksələn MBH ailəsindən növbəti həbs

Həbslər, siyasi təzyiqlərlə dindar ovu ölkədə durmadan günahsız insanları azadlıqdan məhrum etməkdədir. Təkcə aprel ayının ilk 10 gündə həbs olunan inanclıların sayı 20-dən artıqdır. Beynəlxalq təşkilatlar, hüquq institutlarının çoxsaylı etirazlarına baxmayaraq həbslər durmadan artmaqda və öz çərçivəsini genişləndirməkdə israrlıdır.

Ötən gün-aprelin 7-də artıq sayı 71-nəfərə yüksələn daha bir Müsəlman Birliyi Hərəkatının üzvü belə bir qanunsuz həbs, şərlənmə ilə saxlanılıb.

İnanclı Qulubəyli Təbriz Arif oğlu SOCAR-da çalışdığı mühafizə xidmətində iş saatını başa vurub evə dönərkən polis işçiləri tərəfindən saxlanılıb. Ramazan ayının oruc ayinini yerinə yetirən 2 uşaq atası idarəyə gətirilib və barəsində artıq gülünc hal alan narkotik ittihamı ilə cinayət işi başlanılıb. 

Ölkədə qanunsuz həbslər olduqca təhlükəli fazaya qədəm qoyub. Artıq həbs dalğası nəinki yaş, siyasi və dini kateqoriya, səhhətində ağır və ciddi problemlərin tanınmadan insanları həbsə alınması daxil, hətta qadınların da eyni ssenari üzərindən saxlanılması ortamı heç də arzulanmayan bir vəziyyətə çəkir. Cinayət xaric siyasi manipulyasiya səbəbindən qadınları təzyiq altına qoymaq və milli-dini həssaslığı nəzərə almadan bu məsələdə israr sonradan düzəlməsi mümkün olmayan problemlərə yol açacağı şübhəsizdir.