Sabah iki MBH üzvnün ev dustaqlığı ilə bağlı məhkəməsi keçiriləcək

Sabah, mayın 10-da iki MBH üzvnün ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin müraciətinə baxılacaq. Bu barədə MBH mətbuat katibliyi bildirib. Azad Kərimovun şikayətinə  Baki Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovun sədrliyi ilə baxılacaq. İclas saat 17:00-a təyin edilib.
İkinci iclas Natiq Qasımovun da ev dustaqlığı müraciəti ilə bağlıdır. Baki Şəhəri Sabunçu Rayon Məhkəməsində baş tutacaq bu iclasda hakim Nigar İmanova müraciətə baxacaq. Natiq Qasımovun məhkəməsi isə saat 09:30-da keçiriləcək. Hər iki işdə müdafiə tərəf olaraq Zibeydə Sadıqova çıxış edəcək.
MBH fəali Azad Kərimov yanvarın 30-da saxlanılıb. Saat 13:30- radələrində yaşadıqları mənzilə gələn polis işçiləri Azadın idarəyə gəlmə tələbi ilə onu səbəb göstərmədən Nəsimi rayon polis idarəsinə aparıb. İki gün sonra məhkəmə önünə çıxarılan Kərimov 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddə ilə həbsə alınıb. Natıq Qasımov isə aprelin 7-də, saat 23:30 radələrində mülki geyimli polislər tərəfindən saxlanılıb. Natiq barəsində də eyni maddə, 234.4.3-maddə ilə cinayət işi açılaraq haqqında həbsqəti imkan tədbiri seçilib.
Xatırladaq ki, 2023-cü ilin gəlişi ilə Azərbaycanda inanclı şəxslərə qarşı kütləvi həbslərin gerçəşdirilir. Kütləvi həbslərin yer aldığı günümüzdə günahsız qurama ittihamlarla saxlanılanların sayının bir neçə yüzü keçib.

 

Natiq Qasımov.

 

Azad Kərimov.