"Rusiya, Azərbaycan və İranın Avropa bazarı üçün oyunçu olmaq imkanı var" - Fatih Dönməz

"Rusiya, Azərbaycan və İranın Avropa bazarı üçün nəzərdə tutulan bu platformada oyunçu olmaq imkanı var".

Operativ.com Unikal-a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz bildirib. Onun sözlərinə görə, qaz ticarəti platformasının Avropa bazarı üçün hazır olduğunu açıqlayıb .

“Hazırda biz yol xəritəsinin hazırlanmasını başa çatdırırıq. Fiziki infrastrukturumuz hazırdır. Son dörd ildir ki, biz Türkiyədə milli bazar üçün ticarət qaz platforması işlədirik”, - deyə Dönmez bildirib.

O əlavə edib ki, Rusiya , Azərbaycan və İranın Avropa bazarı üçün nəzərdə tutulan bu platformada oyunçu olmaq imkanı var.

“Bizim çoxlu terminallarımız var və biz bazar (qaz ticarət platforması) açırıq. Türkiyə ticarət yeri olacaq və qazın qiyməti burada formalaşacaq”, - Dönmez qeyd edib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb .