Qəzzaya qoşun göndərməyə hazır olan ölkələrin adları məlum olub

5 ölkə “Beynəlxalq Təhlükəsizlik Qüvvələri”nin tərkibində Qəzza sektoruna qoşun göndərməyə hazırdır.

Bu barədə həmin qoşunlara başçılıq edəcək ABŞ ordusunun general-mayoru Casper Ceffers bildirib.

O qeyd edib ki, söhbət İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniyadan gedir, Misir və İordaniya isə həmin qüvvələrə təlim keçməyi öz öhdəsinə götürüb.

Həmin qoşunlar 20 min hərbçi və 12 min polisdən ibarət olacaq.

Hərbi missiya ilk olaraq öz qüvvələrini Qəzzanın cənubundakı Rəfah şəhərindən yerləşdirməyə başlayacaq.

Bundan başqa, ABŞ Qəzzada böyük hərbi bazada yerləşdirəcək.

Türkiyə XİN başçısı Hakan Fidan ölkəsinin də qoşun göndərməyə hazır olduğunu deyib.