"Meydan TV"-nin həbsdə olan jurnalistləri Aytac Tapdıq (Əhmədova), Aysel Umudova və Xəyalə Ağayevanın saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasında zorakılığa məruz qalmaları ilə bağlı yeni açıqlama yayılıb.
Açıqlamanı təqdim edirik:
“Fevralın 18-i günorta saat 12 radələrində rəis müavini Cavid Güləliyevin başçılığı ilə 10 nəfərə yaxın BİT əməkdaşı kameramıza daxil oldular. Onlar otağa girərkən Aysel Umudova sanitar qovşağında idi. Xəyalə Ağayeva və Aytac Tapdıq da yatağında əyinlərində yataq geyimi ilə nə baş verdiyini anlamağa çalışırdılar. Cavid Güləliyev axtarışın kamera nəzarəti ilə aparılacağını bildirdi və qadın əməkdaşlarla birgə özü və digər kişilər də içəridə qaldılar. Halbuki qadınlar saxlanılan kamerada axtarış-baxış zamanı kişi əməkdaşlar iştirak edə bilməz.
Daha sonra Aytac və Xəyalənin üzəri aparatla yoxlanıldı. Əşyaları əlləri ilə eşələməyə başlarkən jurnalistlər buna etiraz etdilər. Bundan sonra C.Güləliyev Aytacın üzərinə yeridi. Təcridxana əməkdaşlarına göstəriş verdi ki, Aytac və Xəyaləni zorakılıqla otaqdan çıxarsınlar. Həmin vaxt axtarış-baxış şöbəsinin rəisi Əlibala tualetin qapısını dartışdırırdı. Aysel çıxması üçün 1 dəqiqə vaxt istəsə də, o tualetin qapısını qıraraq içəri daxil oldu. Ayseldən dərhal çıxması istəndi və onun da üzərində axtarış edildi.
Cavidin göstərişi ilə təcridxana əməkdaşları Aytac və Xəyaləni təhqir edərək qollarını burub, boyunlarını aşağı sıxaraq kameradan çıxardılar. Jurnalistlər 20-dən çox əməkdaşın zorakılıqlarının müşayiəti ilə qolları arxadan burulmuş, başları aşağı vəziyyətdə saxlanıldı.
Bütün bunlar BİT əməkdaşının yaxasından asılan və rəis Elnur İsmayılovun şəxsi kabinetindən izlədiyi dəhlizdəki nəzarət kameralarının gözü qarşısında baş verdi. Jurnalistlər Cavid Güləliyevə zorakılıq etməməli olduğunu dedikdə o, fəxrlə əlini boğazına qaldırıb “mən xirtdəyədək qan içindəyən, belə olmalıdır” dedi. Biz, Cavidin təkcə fiziki və psixoloji zorakılığına məruz qalmadıq. Həm də onun verbal qısnaması ilə üzləşdik.
Təcridxana əməkdaşları Aytacı qolları arxaya qanrılmış, əlləri ilə ağzı bağlayaraq aşağı mərtəbəyə aparıb gəzinti həyətinə itələdilər. Xəyaləni isə kameraları ilə üzbəüz yerləşən telefon otağına sıxdılar. O, təcridxana rəisi Elnur İsmayılovun gəlib baş verənlərə görə hesab verməsini tələb etdi. Cahan İbrahimli adlı nəzarətçi Xəyalənin qollarını arxadan sıxarkən Cavid Güləliyev üzərinə yeridi və “Elnur yoxdur, buranın yiyəsi mənəm”, - deyə bağırdı. Otaqdakı qarşıdurmada özünü təqdim etməyən daha bir mülki geyimli qadın iştirak edirdi. Çaxnaşmada Xəyalənin sağ əlinin üzərində və sol biləyində xəsarət izləri əmələ gəlib. Cavid Güləliyev aşağı düşüb gəzinti yerinə qapadılan Aytac Tapdığın üzərinə şığıdı. Aytac ona “Cavid, sən get, böyüyün gəlsin”, - dedikdə Cavid dişlərini qıcayıb, yumruğunu Aytacın üzünə doğru havaya qaldırdı. “Sən elə burada qalmalısan”, - deyib “proqul”un (gəzinti yeri - red.) qapısını onun üzünə kilidləməyi əmr etdi. Aytac yarım saata qədər orada saxlanıldı.
Cavid Güləliyev və zorba qrupu getdikdən sonra kameraların dəmir barmaqlıqlı qapıları bir neçə saat bağlı saxlanıldı. Qapılar fasiləsiz döyəcləməmizdən sonra yenidən açıldı. 16 fevral tarixində bizə məhkəmədə şüşə kabinəni döyərək etdiyimiz etiraza görə akt tərtib olunmuşdu. Biz izahat verməkdən imtina etdik və bildirdik ki, məhkəmədə müdafiə hüququmuz təkrar pozularsa, etirazlarımıza davam edəcəyik. Biz hesab edirik ki, 14 aydır görmədiyimiz “şmon”la axırıncı məhkəmədən sonra tanış olmağımız təsadüfi deyil. Bu təzyiqlər məhkəmə çıxışlarımız və etirazlarımızla bağlıdır. Hakimiyyət BİT-in zorba əməkdaşlarının əli ilə bizə hədə-qorxu gəlir. Üstəlik “şmon”un hər həftə sərasər təkrarlana biləcəyi deyilir. Bu o deməkdir ki, biz hər məhkəmədən öncə psixoloji və fiziki zorakılıqla, qısnama ilə üzləşə bilərik. Bu şərtlər altında özümüzü təhlükəsizlikdə hiss etmirik və dərhal aşağıdakı tədbirlərin görülməsini tələb edirik:
Təcridxanada “işgəncə kralı” kimi ad çıxaran Cavid Güləliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə görə cinayət məsuliyyətinə cəlb olunsun, işdən kənarlaşdırılsın.
Rəis Elnur İsmayılovun şəxsi kabinetində 24 saat canlı yayımlanan nəzarət kameralarında görüntülər araşdırılsın.
Ombudsman Səbinə Əliyeva dərhal BİT-ə gələrək jurnalistlər Aysel Umudova, Xəyalə Ağayeva, Aytac Tapdıqla görüşsün, zorakılıq faktlarını araşdırsın”.
"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.
“Hakimiyyət təcridxana əməkdaşlarının əli ilə bizə hədə-qorxu gəlir”