Putindən Mariupola sürpriz səfər

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Rusiya prezidenti Putin ötən ilin sentyabrında keçirilən referendumla Rusiya Federasiyasının tərkibinə qatıldığı elan edilən Donetsk Xalq Respublikasının Mariupol şəhərinə səfər edib.

TASS-ın Kremlin mətbuat xidmətinə istinad etdiyi xəbərə görə, Rusiya Xəbər Agentliyi səfəri zamanı Putinin Mariupoldakı bəzi obyektləri gəzdiyini və yerli xalqla görüşdüyünü bildirib. Putin həmçinin Rostov-na-Donudakı hərbi əməliyyatların komanda məntəqəsində görüş keçirib.

Kremlin mətbuat xidməti qeyd edib ki, Putin Sevastopoldan Mariupola vertolyotla uçub, daha sonra şəxsi avtomobili ilə şəhərin məhəllələrini gəzib. Kremlin açıqlamasına görə, Putin yaxta klubu, teatr binası və Mariupol sahil xəttinə də baxış keçirib. Bu səfərdə Putini yeni yaşayış mikrorayonlarının, sosial obyektlərin, mənzil-kommunal infrastrukturun və səhiyyə müəssisələrinin tikintisinə cavabdeh olan baş nazirin müavini Marat Hüsnullin müşayiət edib.