Polisin maşınla vurub öldürdüyü şəxs Vətən müharibəsi iştirakçısıdır

Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədov Gəncədə baş verən yol-nəqliyyat hadisəsində həlak olub.

Onu avtomobillə piyadanı vurub öldürən polis əməkdaşı imiş.

Operativtv.com Unikala istinadən əldə etdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşı Xəyal Yolçuyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2002-ci il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Xəyal Yolçuyev ötən gün Gəncə şəhərində toy məclisində iştirak edib.