Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.
Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.
"Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.
H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam olub.
"Penitensiar Xidmətin silahlı konvoyunun müşayiəti ilə may ayının 14-də komissiyada müayinədən keçmişəm. Müayinə zamanı görən gözümdə görmə qabiliyyətinin cəmi 3 faiz olduğu, həmçinin baş və bədən ağrılarımın şiddətləndiyi müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, şəhidlərin, qazilərin və veteranların hesabına ayaqda qalan Azərbaycan hökuməti məni qanunsuz həbsdə saxlamaqla, həbsxanada işgəncələr verməklə, qeyri-insani rəftar göstərməklə və çoxsaylı qanun pozuntularına yol verməklə kifayətlənməyərək, görən gözümü də kor etməkdə, qan pulumu mənimsəməkdə israrlıdır", - o bildirib.
Bu il mayın 6-da Tovuz Rayon Məhkəməsində H.Vəliyevə 2 il yarım həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı.
H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
O, həbsdən ictimaiyyətə etdiyi müraciətlərdə ittihamı rədd etmiş, "hökumətin qazilərə qarşı özbaşınalığından danışdığına görə" həbs olunduğunu iddia etmişdi.
Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"