Bir qrup məhbus günahsız xanımların həbsinə etiraz olaraq həbsxanada aclığa başlayıb

Umbakı qapalı tipli həbsxanada saxlanılan məhbuslar Süleyman Ələkbərov, Vüqar Aliyev və Vəli Allahverdiyev aclıq aksiyasina başlayıblar. Bu barədə məlumat verən məhbuslar bildiriblər ki, onlar bu addımları ilə 9 jurnalist və 6 inanclı xanımın günahsız həbsinə etirazlarını bildirmək istəyirlər.

Məhbuslar aclığa ötən gün, 11 iyul tarixindan başlayıblar. Addım xüsusi olaraq Azərbaycan cəmiyyətinin qadınların həbsinə diqqət yönəltmək və günahsız həbs edilən şəxslərin vəziyyətini bir daha gündəmə gətirməkdir.
Xatırladaq ki, eyni çağırışla iyunun 15-də Almaniyada paytaxtı Berlin şəhərində Almaniya Kansleri binası (Bundeskanzleramt) önündə bir qrup siyasi məhbus oruraq aclıq aksiyasına başlayıb. 26 gündür ki, davam edən aksiya əsasən Azərbaycanda insan hüquqları, qanunsuz həbslər fonunda günahsız jurnalist və vətəndaş cəmiyyəti üzvüləri, inanclı xanımların həbsini beynəlxaq aləmin diqqətinə gətirməyə hesablanıb.