Atəşkəs imzalanmasına baxmayaraq İsrail ordusu yenə Livanın cənubunu bombalayıb

İsrail qırıcıları axşam saatlarında Livanın Yuxarı Nəbatiyə bölgəsini bombalayıb.

İsrailə məxsus pilotsuz uçuş aparatları da günortadan sonra Yuxarı Nəbatiyədəki Mənzələ bölgəsinə 4 hücum həyata keçirib.

Məlumatda İsrail hərbi qüvvələrinin Tire rayonundakı Buyut əs-Sayyad qəsəbəsinə doğru pulemyotlardan atəş açdığı da bildirilib. Bütün bunlar bir neçə gün öncə İsrailin atəşkəs imzalamasından sonra həyata keçirilir.