Kərbəla və Nəcəfdə Ayətullah Xamenei ilə vida mərasimi keçiriləcək

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə İraqda vida mərasimi keçiriləcək. Bu barədə Ali Rəhbərin dəfn mərasiminin təşkili üzrə qurumun sözçüsü İman Əttarzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İraq alimlərinin, dini və ictimai xadimlərin, eləcə də ölkə əhalisinin müraciəti əsasında Nəcəf və Kərbəla şəhərlərində vida mərasimi keçiriləcək, sabiq Ali Rəhbərin cənazəsi iyulun 8-də İraqa yola salınacaq.

Əttarzadə qeyd edib ki, İranda Seyid Əli Xamenei ilə vida mərasimi rəsmi olaraq iyulun 4-dən başlayacaq.

Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 4 və 5-də Tehrandakı Müsəlla kompleksində keçiriləcək. Sabiq Ali Rəhbərin cənazəsi iyulun 6-da Tehrandan, iyulun 7-də isə Qum şəhərindən yola salınacaq. O, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində dəfn ediləcək.