İyunun 17-də ABŞ və İran nəyahət ki, aralarındakı münaqişəni bitirmək barədə anlaşma memorandumu imzaladı.
Sənədi ayrı-ayrılıqda ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian imzalayıb.
14 bənddən ibarət olan və üzərində aylardır danışıqlar gedən sənəd ABŞ ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Trampın mənsub olduğu Respublikaçılar partiyasından olan xeyli Konqres üzvləri və siyasi şərhçilər bunu İranın qələbəsi kimi qiymətləndirdi.
Razılaşmada tərəflər növbəti 60 gün ərzində yekun sülh sazişinin imzalanması üçün danışıqları davam etdirməklə bağlı öhdəlik götürüblər. Memorandumun ilk bəndində ABŞ, İran və onların müttəfiqləri Livan da daxil olmaqla "bütün cəbhələrdə hərbi əməliyyatlara son qoymağa" razılaşıb.
Lakin sənəddəki digər bəndlərə baxdıqda isə ABŞ tərəfinin münaqişə boyu “qırmızı xətt” kimi müəyyən etdiyi bir sıra məsələlərdə geri addım atdığı görünür.
Məsələn, 4-cü bənddə ABŞ növbəti bir ay ərzində İrana qarşı dəniz blokadasını aradan qaldırmaqla bağlı öhdəlik götürüb, İran isə iki ay ərzində Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə şərait yaratmağa söz verib. Lakin İran və Omanın öz aralarında boğazın gələcək idarəetməsi ilə bağlı danışıqlar aparacağı da bu bənddə qeyd olunur.
İran fevralın sonunda ABŞ və İsrail tərəfindən hücumlara məruz qalandan bəri Hörmüz boğazını əksər ölkələrin tankerlərinə bağlayıb. Bu boğaz dünya üzrə neft və qaz tədarükünün təxminən beşdə birindən məsuldur.
Münaqişənin gedişində İranın danışıqlar predmeti kimi gələcəkdə Omanla birlikdə boğazdan keçəcək gəmilərdən rüsum yığmağı tələb kimi ortaya qoyduğu xəbərləri yayıldı. Həm Tramp, həm dövlət katibi Marko Rubio isə dəfələrlə çıxışlarında Hörmüzün beynəlxalq su hövzəsi olduğunu, İranın bu tələbinə razı olmayacaqlarını açıqladılar.
Sənəddə birbaşa yazılmasa da, 4-cü bəndin son cümləsindən aydın olur ki, İran və Oman gələcəkdə gəmilərə rüsum tətbiq etmək barədə razılığa gələ bilər.
Sənədin 6-cı bəndinə əsasən, ABŞ regional tərəfdaşları ilə birlikdə İranın "yenidənqurma və iqtisadi inkişafı üçün 300 milyard ABŞ dolları dəyərində plan hazırlayacağı" barədə öhdəlik götürüb. Sənəddə bu vəsaitin necə maliyyələşdiriləcəyi izah edilməyib.
Lakin imzalanmadan bir gün öncə "Reuters" agentliyi bununla bağlı fond yaradılacağını, fondun müxtəlif şirkətlər tərəfindən sərmayə əsasında təsis olunacağını yazmışdı. Adları açıqlanmasa da, onlar arasında ABŞ şirkətlərinin də olduğu və vəsaitin yarısı barədə artıq konkret öhdəliklər götürüldüyü də iddia olunur.
Tramp və vitse-prezident Ceyms Vens isə iyunun 18-də ayrı-ayrılıqda etdikləri çıxışlarda ABŞ-nin İrana “bir sent belə verməyəcəyini” bildiriblər. Tramp deyib ki, Fars körfəzi ölkələri 300 milyard dollarlıq vəsaiti ödəyə bilər. Lakin o, həmin ölkələrin yekun sülh sazişindən sonra İranın "davranışını öyrənənə qədər heç bir öhdəlik götürməməli olduqlarını” əlavə edib.
Növbəti bənddə ABŞ İrana qarşı bütün növ sanksiyaların ləğvi ilə bağlı öhdəlik götürüb. Buraya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının xətti ilə icra olunan sanksiyalar da daxildir. Bu məsələ də danışıqlar dövründə ABŞ-nin “qırmızı xətt”lərindən hesab olunurdu.
Tramp iyunun 17-də müxbirlərlə söhbətində bunu belə əsaslandırıb: “Bilirsiniz, bizim sanksiyalarımız var və bu sanksiyalar onların heç vaxt yenidən qurulmasına imkan verməyəcək. Sanksiyaları götürməsək, onların pulu olmayacaq, ölkə yoxsulluq içində olar, 91 milyon insan acından öləcək. Ona görə də, onlar özlərini yaxşı aparan kimi biz sanksiyaları aradan qaldıracağıq. Biz bunu etməli olacağıq. Mən bir çox insana sanksiyalar tətbiq edirəm və sonra onları qaldırıram."
8-ci bənddə İran nüvə silahı əldə etməyəcəyinə söz verir. Tərəflər İranın əlində olan zənginləşdirilmiş uranın taleyi ilə bağlı birgə qərar verməyə razılaşıblar. İranın mülki məqsədlərlə icra etdiyi nüvə proqramını isə saxlayacağı qeyd olunur.
Halbuki fevralda münaqişənin başlamasına qədər davam edən danışıqlarda da İranın nüvə silahı əldə etməyəcəyi, hətta əlində olan zənginləşdirilmiş uranın da təhvil verilməsinə dair öhdəlik götürdüyü bildirilirdi.
11-ci bənddə isə ABŞ İranın “dondurulmuş və ya məhdudlaşdırılmış vəsaitlərini və aktivlərini tam şəkildə istifadəyə verməyi öhdəsinə götürür”. Tərəflərin danışıqlar zamanı bu vəsaitlərin verilməsi ilə bağlı prosedurlar barədə qarşılıqlı razılığa gələcəyi qeyd olunub.
Tramp mətbuat konfransında bu maddəni də əsaslandırıb: "Biz onların pulunu götürmüşük, bu bizim pulumuz deyil, bu onların puludur və biz onu dondurmuşduq. Düşünürəm ki, müəyyən bir məqamda biz onu geri qaytarmalı olacağıq. Əgər biz onu geri qaytarmasaydıq, heç kim bir daha dollara investisiya qoymazdı".
ABŞ İranla sülh sazişində münaqişə boyu “qırmızı xətt” kimi müəyyən etdiyi bir sıra məsələlərdən geri addım atıb