“Musa Kəlimullah” filmi

 "Musa Kəlimullah" filmi 2024-cü ildə İbrahim Hatəmikiya tərəfindən ssenari və rejissorluğu edilmiş və Seyid Mahmud Rəzəvi tərəfindən istehsal olunmuş İran filmidir. Musa Kəlimullah filmi Allah rəsulu Həzrət Musanın (ə) həyat hekayəsindən danışır.

Filmin ilkin ssenarisini Fərəcullah Sələhşur yazsa da, qəfil ölüm onun filmi ərsəyə gətirməsinə imkan vermir. Hadisəsi həmişə böyük maraq yarada Hz Musanin (ə) möcüzələrlə zəngin həyat hekayəsinə bu dəfə ikinci canı Hatəmikiya onun ölümündən sonra verməyi qərarlaşdırır. Filmin istehsalı dörd ildən çox çəkir. Virtual istehsal texnologiyasının köməyi ilə Simafilm tərəfindən istehsal olunan film, hazırda istehsalda olan eyniadlı televiziya serialının kinematoqrafik versiyasıdır.

“Musa Kəlimullah” filmi ilk dəfə 18 Fevral 2024-cü ildə 43-cü Fəcr Film Festivalında nümayiş olunub. Film İran kinoteatrlarında 8 mart 2024-cü ildə nümayiş olunub.

Layihənin tədqiqatçısı və məsləhətçisi Rza Mustafəvi, Musa Kəlimullah seriyası üçün tədqiqat işlərinin 2009-cu ildə Fərəcullah Sələhşur ilə başladığını və yəhudilikdən xristianlığa qədər İbrahimi və İbrahimi olmayan dinlərin bütün mənbələrinin araşdırıldığını söyləyib. Layihəni yeniləmək üçün Hatəmikia Sələhşurun ssenarisini araşdırsa da bu film üçün tam yeni sir ssenar yazır. Hər iki ssenari hərtərəfli tədqiqat əsasında yazılıb və hekayənin mahiyyətində heç bir fərq yoxdur.

Filmin hazırlanmasında nəhəng LED ekranlardan istifadə edən və yaşıl ekranı əvəz edən Virtual İstehsal texnologiyasından istifadə edilib.

Sima filminin direktor müavini vəzifəsini icra edən şəxs bildirib ki, bu filmin ssenarisi televiziya versiyasından fərqlidir. "Əslində, serial versiyası və film versiyası ayrı ssenarilər tələb edir. Bəzi hallarda, serial versiyasında və televiziyada nümayiş üçün tələb olunmayan, lakin film versiyası estetik baxımdan onlara ehtiyac duyan ardıcıllıqlar və ya planlar istehsal olunur."

İslam Şurası Məclisindəki yəhudi icmasının nümayəndəsi Homayun Sameh Nəcəfabadi bu film haqqında: "Musa Kəlimullahın filmi heç bir qərəz olmadan çəkilib və yəhudi icmasına qarşı heç bir təhqir ehtiva etməyib" söyləyib. Millət vəkili məktubunda Hatəmikiyaya təşəkkür də edib. Şəhid Ayətullah Əli Xameneinin filmi izləməkdən zövq aldığı və onu əla, möhtəşəm adlandırdığı dövrü mətbuatda qeyd edilib. O, filmin davamının da eyni keyfiyyətdə çəkiləcəyinə ümid etdiyi bildirilib.

Filmi izlədikdən sonra "Astan Qüds Rəzəvi"nin qəyyumu Əhməd Mərvi bu əsərin güclü tərəflərindən birini "daxili imkanlardan və ölkənin gənc mütəxəssislərindən və müasir texnologiyaların istifadəsi" hesab edib. "Bu əsərdə cənab Hatəmikiya dini və tarixi mənbələrə sadiq qalaraq diqqətlə və incəliklə dərin və təsirli bir hekayə yaratmışdır. Güclü rejissorluqla yanaşı, aktyorların, xüsusən də xanım Zareinin və digər sənətçilərin parlaq ifaları bu əsərə daha çox dərinlik və cazibədarlıq qatmışdır."