Rusiyada qeyri-müsəlmalar da “HALAL” ət alırlar

Rusiya bazarında halal ətə olan tələbatla bağlı araşdırma aparılıb.

Nəticədə ortaya maraqlı bir fakt çıxıb.

Belə ki, rusiyalı istehlakçıların təxminən yarısı halal nişanlı ət məhsulları alır, çünki onlar məhsulları yüksək keyfiyyətli və faydalı, həmçinin dadlı hesab edirlər.

Araşdırma göstərib ki, halal məhsul seçərkən dini amil əsas rol oynamır, yəni həmin istehlakçılar qeyri-müsəlmanlardır. Halal ət alanların yalnız 27 faizi alış qərarını dini səbəblərlə əlaqələndirib, yəni müsəlmanlardır.

Əldə olunan nəticələr halal məhsulların artıq yalnız müsəlman istehlakçılar üçün nəzərdə tutulmuş xüsusi məhsul kimi qəbul edilmədiyini, yəni qeyri-müsəlmanlar tərəfindən də yüksək tələbatla alındığını göstərir.

Bir çox alıcı “halal” nişanını yüksək keyfiyyətin, istehsal prosesinə ciddi nəzarətin və ekoloji standartlara uyğunluğun əlavə göstəricisi kimi qiymətləndirir.

Rusiyada halal məhsullara tələbatın gələcəkdə də artacağı gözlənilir.