ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Direktorlar Şurası ABŞ və Ermənistanın ortaq müəssisəsi olacaq TRIPP Development Company layihəsini təsdiqləyib.
Layihə ümumilikdə 2,5 milyard dollarlıq strateji investisiya paketinin tərkib hissəsi hesab olunur.
Məlumata görə, may ayında Yerevanda ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.
Sənəd iki ölkə arasında iqtisadi və infrastruktur əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
TRIPP Development Company nəqliyyat və logistika imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Layihə çərçivəsində: dəmir yolları, avtomobil magistralları, boru kəmərləri, fiber-optik şəbəkələr və digər strateji obyektlərin tikintisi və yenilənməsi planlaşdırılır.
Razılaşmaya əsasən, şirkətin səhmlərinin 74 faizi ABŞ tərəfinə, 26 faizi isə Ermənistana məxsus olacaq.
Sazişin ilkin müddəti 49 il nəzərdə tutulur və daha sonra uzadıla bilər.
Sənəddə vurğulanır ki, layihənin həyata keçiriləcəyi bütün ərazilər Ermənistanın suverenliyi və yurisdiksiyası altında qalacaq.
Sərhəd nəzarəti, gömrük və təhlükəsizlik məsələlərinin Ermənistan dövlət qurumlarının səlahiyyətində olacağı qeyd edilir.
Layihə çərçivəsində şirkət və ona bağlı qurumlar üçün müxtəlif vergi və investisiya güzəştləri tətbiq ediləcək.
ABŞ tərəfinin maliyyə dəstəyi, sərhəd infrastrukturu və logistika sistemlərinin yenilənməsində də iştirak edəcəyi bildirilir.
ABŞ Ermənistanda 2,5 milyard dollarlıq strateji layihəyə başlayır