Dünya müqəddəratında hər ötən gün dərin təsirlər buraxan Amerika və İsrailin İrana hücumlarının sonrakı mərhələsi ilk günlərdə olduğu kimi, bu gün eyni fikirləri doğurmur. Bəzi ölkələr üçün hegemon gücə malik Amerika və proksi qüvvəsi olan İsrailin qısa müddət ərzində İranı çökdürərək hakimiyyət dəyişikliyinə nail olma düşüncələri bu gün tamam fərqli gözləntiləri nümayiş etdirir.
Qərbin qələbə arzusuna nəinki onun həqiqi müttəfiqi, hətta əsarətində boğulan Avropa belə uzaq bir xəyal kimi baxır. Xüsusilə Hörmüz boğazının qoca qitəni ABŞ oyununa çəkərək iqtisadi cəhənnəmdə boğması, dünənə qədər İran haqqında mənfi fikirlərə malik olan bu ölkələrdə münasibətlərə yenidən baxmaq məcburiyyəti yaradıb.
Günlər uzandıqca, nəticənin İranın xeyrinə dəyişmə şansının durmadan artdığı bir zamanda, iqtisadi dəyişiklər bir müddət öncə bir çox ölkələr üçün maraq nöqtəsinə çevrilmiş TRİPP (Tramp Sülh və Rifah Marşrutu) layihəsinin müqəddəratını da şübhə altına alıb. Böyük səs-küylə təqdim olunan layihə, İranın qələbə bayrağına yaxınlaşması ilə sabahını qaranlığa çəkir.
Məsələ burasındadır ki, TRİPP-in hələ ilkin danışıqları zamanı İran, sərhəd yaxınlığında belə bir layihənin gerçəkləşməsinə yalnız öz tələbləri çərçivəsində icazə verəcəyini bildirmişdi. Lakin nə Qərb, nə də Amerikanın varlığında öz gələcəyini görən dövlətlər bu etiraza o zaman əhəmiyyət verməmişdilər. Lakin indi vəziyyət fərqlidir və hesablaşma zərurət kimi bir həqiqəti qaçılmaz edir.
Azərbaycan da Orta Dəhliz – Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Özbəkistan (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin daha perspektivli olduğunu indi TRİPP-dən üstün tutur. İlham Əliyevin bir müddət öncə Gürcüstana səfəri və Gürcü rəhbərliyi ilə bu layihədə əməkdaşlıq mövzusu, ölkəmizin TRİPP haqqında gözləntilərə çox da bel bağlamamasını göstərir. Hətta bu günlər Gürcüstana açılan qatar xəttinin işə düşməsi də, Qərbin maraqları çərçivəsində Azərbaycanı İran da daxil olmaqla Rusiya ilə münasibətlərdə uzaq tutma siyasətinin artıq aktual olmadığını açıq göstərir.
Pandemiyadan bu tərəfə bağlı qalmış sərhədlərin, yeni Metapneumovirus virusunun (qripə bənzər virus) yarandığı bir dönəmdə açılma təşəbbüsü, TRİPP-ə bağlı ümidlərin getdikcə tam olaraq dəyişəcəyini qaçılmaz edir. Əks halda, bu gün ciddi səbəblər axtaran rəsmi Bakının bu gözlənilməz addımına başqa heç bir səbəb real səslənmir.
İqtisadiyyat Güzgüsündə TRİPP Layihəsi