Müsəlman xanım müəllimin şikayəti Hindistanda iş yerlərində və təhsil müəssisələrində dini ayrı-seçkiliklə bağlı müzakirələri yenidən alovlandırıb.
Hindistanın Uttar Pradeş ştatında müsəlman xanım müəllim Samrin Banu bildirib ki, hicab taxdığı üçün işə başladıqdan cəmi bir neçə gün sonra işindən çıxarılıb.
Müsəlman müəllim deyib ki, “bugünkü şəraitdə yeni bir müsəlman müəllimin peşəkar şəkildə inkişaf etməsi çox çətindir”.
“Müsəlman olduğunuz üçün hara getsəniz - istər sınaq dərsi, istər müsahibə olsun - imtina cavabı alacaqsınız”, - deyən müəllim geniş yayılmış qərəzin - islamofobiyanın valideynlərin uşaqlarını müsəlman müəllimlərin yanına göndərməsinə mane olduğunu da əlavə edib.
Samrin qeyd edib ki, müəllim sinfə daxil olan andan ona nifrət edən bir uşağı necə tərbiyə edə bilər? O bildirib ki, uşaqların beyinləri qorxu və qərəzlərlə yuyularaq böyüdülür və bu da onların təhsil almasını çətinləşdirir.
Müsəlman müəllim qeyd edib ki, Varanasidə yerləşən və işlədiyi dövlət məktəbində ondan ya hicabı çıxarmasını, ya da məktəbi tərk etməsini tələb ediblər. Lakin, o bildirib ki, işə qəbul müsahibəsi zamanı belə bir şərtdən bəhs edilməmişdi.
Samrin ona qarşı irəli sürülən bu əsassız və islamofob tələbə cavab olaraq digər müəllimlərin öz dini simvollarını taxdıqlarını dedikdə direktor ona belə cavab verib: “Hamı eyni deyil. Sizə uyğun olan yerə gedin”.
Samrin Banu məktəbi Hindistan Konstitusiyasının 25-ci və 19-cu maddələrinə əsasən dini azadlığı pozmaqda ittiham edib və hadisəni “müsəlmanlara qarşı mənfi təbliğat” adlandırıb. O, müəllimlərin yalnız dinlərinə görə işə götürülməsinin bu peşəni getdikcə daha çətin hala gətirə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Hindistanda islamofobiya çox geniş yayılmış bir haldır.
Hicablı müəllim işdən qovuldu