Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq may ayı üçün Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin siyahısını yeniləyib.
Yeni siyahıda 328 nəfərin adı var. Bu, ən son yanvarda yenilənən siyahıdan 12 nəfər azdır.
Lakin təşkilat bildirir ki, ötən müddət ərzində yeni həbs olunan şəxslər də var. Onların əksəriyyətinin "İran casusu" adı ilə həbs olunan, lakin narkotik ittihamı irəli sürülən inanclı fəallar olduğu deyilir.
Azadlığa buraxılanların da sırasında inanclılar çoxluq təşkil edir. Son dörd ayda amnistiya ilə azadlığa çıxan 31 nəfərdən 30-u inanclı fəallardır, bir nəfər isə vətəndaş cəmiyyəti üzvü Rza Səfərsoydur.
Hesabatda əlavə olunur ki, hazırda Azərbaycanda həbsdə olan inanclı fəalların sayı 220-i keçib, lakin onların hamısının adlarını müəyyənləşdirmək mümkün olmayıb.
Siyahıda yer alan məhbuslar 12 qrup üzrə qruplaşdırılıb.
Siyahıya görə, həbsdə olan inanclı fəallar 182, siyasi partiya və vətəndaş cəmiyyəti üzvləri 44, jurnalist və blogerlər 31,
"İmişli işi" üzrə məhkumlar 15, "Gəncə işi" üzrə məhkumlar 13, ömürlük həbsdə olanlar 12,
"Tərtər işi" məhkumları 8, hüquq müdafiəçiləri 8,
Avropadan deportasiya olunub həbs edilənlər 6, etnik azlıq fəalları 5, sülh fəalları 2, "Söyüdlü işi" məhkumları 2 nəfərdir.
Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə heç kimin siyasi fikirləri və ya fəaliyyətinə görə həbs olunmadığını deyir.
Yenilənmiş siyahı: Azərbaycanda 328 "siyasi məhbus" var