Türkiyə Ermənistanla birbaşa ticarətə başlandığını elan etdi

Türkiyə Ermənistanla birbaşa ticarətin başlanması üçün hazırlıq işlərinin başa çatdığını açıqlayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, 2026-cı il mayın 11-nə olan vəziyyətə əsasən, proseslə bağlı bütün zəruri bürokratik prosedurlar tamamlanıb.

Bununla belə, iki ölkə arasında ümumi sərhədin açılması istiqamətində texniki və inzibati işlər davam etdirilir.

Yeni qaydalara əsasən, bundan sonra Türkiyədən Ermənistana üçüncü ölkələr üzərindən göndərilən malların sənədlərində Ermənistan və ya Türkiyə son təyinat məntəqəsi və ya mənşə ölkəsi kimi göstərilə biləcək.

Ankara bildirib ki, Türkiyə Cənubi Qafqazda iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafına regionun bütün ölkələri və xalqlarının rifahı naminə dəstək verməyə davam edəcək.