Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə "Toplum TV" əməkdaşı Fərid İsmayılov Medianın İnkişafı Agentliyinin direktoru Əhməd İsmayılovun məhkəməyə çağırılıb dindirilməsi üçün vəsatət verib:
“26-cı aydır cinayətdə ittiham olunuram, 16-cı aydır həbsdəyəm. Öz çəkimdən artıq kağız yığın hazırlamısınız ki, guya sübutlar var. O sübutlar haradadır? Göstərin cinayətimi.
Yeganə sübutunuz “Toplum TV”-də jurnalist olmağımdır, budur sübut?
Biz qurum yaradıblar ki, media inkişaf etsin. Əhməd İsmayılov gəlsin, medianın tənəzzülünü görsün, danışsın. Xəbəri yoxdur? Bu ölkədə hər kəsin hər şeydən yaxşı xəbəri var.
Deyirsiniz cinayətkar qrupun jurnalisti olmuşam. Ə, İsmayılovdan soruşaq qaçaqmalçılığı təbliğ etmişəm ya göstərmişəm?
Hesablama Palatası təzəlikcə açıqlama yayıb ki, dövlət büdcəsindən ayrılmış vəsaitin 1,5 milyardı səmərəsiz istifadə olunub. Mən bunu göstərmişəm deyə həbs olunmuşam. Bəs HP-nin rəhbəri niyə həbs olunmur?”
Məhkəmə jurnalistin vəsatəıtini təmin etməyib.
Növbəti preses 4 may saat 10:00-a təyin olunub.
Bəs Hesablama Palatasının rəhbəri niyə həbs olunmur?