2023-cü ildən bəri ABŞ-da kosmik tədqiqatlar və nüvə fizikası ilə bağlı olan azı 8 alim itkin düşüb və ya müəmmalı şəraitdə dünyasını dəyişib.
Bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, NASA mütəxəssisi Maykl Hiks 2023-cü il iyulun 30-da 59 yaşında qəfil vəfat edib.
Ölüm səbəbi açıqlanmayan alim kometlərin və asteroidlərin öyrənilməsi ilə məşğul idi.
Nyu-Meksiko ştatındakı Los-Alamos Milli Laboratoriyasının 53 yaşlı əməkdaşı Milissa Kasias isə 2025-ci il iyunun 26-da itkin düşüb. O, nüvə silahlarının hazırlanması sahəsində çalışırdı.
Siyahıda adı keçən sonuncu şəxs ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş general-mayoru Uilyam Makkaslanddır. 68 yaşlı zabit 2026-cı il fevralın 27-də yoxa çıxıb. Əvvəllər Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasının rəhbəri vəzifəsində çalışan və Los-Alamos mərkəzi ilə əlaqəsi olan generalın UFO-larla bağlı məxfi məlumatlara çıxışının olduğu bildirilir.
Telekanal Ağ Evin mətbuat katibi Karolin Livittə istinadən xəbər verir ki, Vaşinqton administrasiyası bu məlumatların dərcindən sonra faktla bağlı "çox güman ki, araşdırma aparacaq".
ABŞ-də son illərdə 8 nüvə alimi müəmmalı olaraq yoxa çıxıb