Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı, ictimai fəal Hacı Vəliyev ictimaiyyətə müraciət edib.
O, sosial media hesabında dərc olunan müraciətində həbsinin siyasi xarakter daşıdığını bildirib.
“Mən “Gənc Qazilər” İctimai Birliyinin təsisçisi və sədri olaraq ictimai fəaliyyətimlə əlaqədar, yəni 44 günlük Vətən Müharibəsindən sonra hökümətin qazilərə və veteranlara qarşı soyuq və ögey münasibətini, onlara qarşı edilən biganəliyi, özbaşınalığı və süründürməçiliyi rəsmi qaydada və sosial şəbəkələr üzərindən yazdığım və video çıxışlarımda səsləndirdiyim üçün sifarişli şəkildə, saxta və həqiqətə uyğun olmayan, qondarma ittihamlarla həbs edilmişəm", - fəal qeyd edib.
"Həbsim siyasi xarakter daşıyır və birbaşa ictimai fəaliyyətimlə əlaqədardır", - o əlavə edib.
Hacı Vəliyev ötən il martın 31-də həbs olunub.
O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.
H.Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı.
O, ötən il martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Onun təsisçisi və sədri olduğu "Gənc Qazilər" İctimai Birliyi H.Vəliyevin həbsindən bir müddət sonra özünü buraxıb. H.Vəliyev birlik üzvlərinin polisin təzyiqi ilə bu addımı atdığını iddia edir
"Həbsim siyasi xarakter daşıyır və birbaşa ictimai fəaliyyətimlə əlaqədardır"