Avropa İttifaqına üzv beş ölkənin hökumətlərinin hüququn aliliyini “ardıcıl və qəsdən” zəiflətdiyi müəyyən olunub. “The Guardian”ın məlumatına görə, bu barədə Avropanın aparıcı vətəndaş azadlıqları təşkilatlarından biri olan “Civil Liberties Union for Europe” (Liberties) xəbərdarlıq edib.
Təşkilatın 2026-cı il üzrə hesabatına görə, Bolqarıstan, Xorvatiya, Macarıstan, İtaliya və Slovakiya hökumətləri hüququn aliliyini aktiv şəkildə zəiflədən “dağıdıcılar” (dismantlers) kimi xarakterizə olunur.
22 ölkədə fəaliyyət göstərən 40-dan çox qeyri-hökumət təşkilatının məlumatlarına əsaslanan hesabatda qeyd edilir ki, hüququn aliliyi üzrə geriləmə yalnız bu ölkələrlə məhdudlaşmır. Daha altı ölkədə, o cümlədən ənənəvi olaraq güclü demokratiyaya malik dövlətlərdə də demokratik standartların pisləşdiyi bildirilir.
Hesabatda Slovakiyada vəziyyətin xüsusilə narahatedici olduğu vurğulanır. Robert Fitso hökuməti dövründə ədliyyə sistemi, korrupsiyaya qarşı mübarizə, media azadlığı və vətəndaş cəmiyyətinin nəzarət mexanizmləri daxil olmaqla bütün sahələrdə geriləmə müşahidə olunub.
Oxşar mənzərənin Bolqarıstanda da qeydə alındığı bildirilir. Macarıstan isə ayrıca qeyd olunaraq vurğulanır ki, Viktor Orbanın 16 illik hakimiyyət dövrü başa çata biləcək seçkilərə baxmayaraq, ölkə “getdikcə daha geriyə aparan qanun və siyasətləri davam etdirir və dəyişiklik əlaməti görünmür”.
Hesabatda Belçika, Danimarka, Fransa, Almaniya və İsveç “sürüşənlər” (sliders) kimi təsnif edilib. Bu ölkələrdə hüququn aliliyində müəyyən sahələr üzrə geriləmə olsa da, bunun ümumi siyasi strategiyanın bir hissəsi olmadığı qeyd olunur.
Çexiya, Estoniya, Yunanıstan, İrlandiya, Litva, Niderland, Rumıniya və İspaniya isə “stagnator” - yəni vəziyyətin nə yaxşılaşdığı, nə də pisləşdiyi ölkələr kimi qiymətləndirilib.
Polşa da bu kateqoriyaya daxil edilib. Bildirilir ki, Baş nazir Donald Tusk əvvəlki hökumətin zəiflətdiyi müstəqil məhkəmə sistemi kimi əsas institutları bərpa etməyə çalışsa da, prezident vetosu bu prosesi çətinləşdirir.
Hesabatda yalnız Latviya “çox çalışan ölkə” (hard worker) statusu alıb və hüququn aliliyini yaxşılaşdırmaq istiqamətində fəal addımlar atan yeganə dövlət kimi göstərilib.
Aİ mexanizmləri “effektiv deyil”
Sənəddə qeyd olunur ki, Avropa İttifaqının hüququn aliliyinin pozulmasına qarşı tətbiq etdiyi mexanizmlər böyük ölçüdə effektiv deyil. Üzv dövlətlərin əksəriyyəti Avropa Komissiyasının tövsiyələrini real tədbirlərə çevirmir.
Araşdırmaya görə, Komissiyanın 2025-ci il hesabatındakı tövsiyələrin 93 faizi əvvəlki illərdən təkrar olunub və onların əksəriyyəti dəyişdirilmədən saxlanılıb. Yeni tövsiyələrin sayı isə 2024-cü ildən bəri iki dəfə azalıb.
Liberties-in təhlil etdiyi 100 tövsiyədən 61-də heç bir irəliləyiş qeydə alınmayıb, 13 sahədə isə vəziyyət daha da pisləşib.
Təşkilatın icraçı direktoru İlina Neşik bildirib ki, Avropa Komissiyasının hesabatı konkret addımlar üçün nəzərdə tutulsa da, real nəticələr əldə olunmur:
“Yeddi illik hesabatlardan sonra əldə etdiyimiz nəticələr yalnız geriləməni deyil, həm də hüququn aliliyini sarsıtmağa yönəlmiş davamlı və qəsdən səyləri göstərir. Tövsiyələrin təkrar edilməsi vəziyyəti dəyişməyəcək”.
Aİ institutları da tənqid olunur
Hesabatda Aİ institutlarının özləri də tənqid edilir. Bildirilir ki, 2025-ci ildə bu qurumlar üzv ölkələrdə müşahidə olunan problemlərin bir qismini “təkrarlayıb” və əsas hüquqları ardıcıl şəkildə müdafiə edə bilməyib.
Təşkilatın baş hüquq müdafiəsi üzrə məsləhətçisi Kersti Makkortun sözlərinə görə, Aİ qurumları sürətləndirilmiş qanunvericilik prosedurlarını normallaşdırıb, əsas hüquqların qorunmasını zəiflədib və müşahidəçi təşkilatlara qarşı kampaniyalar aparıb.
Onun fikrincə, bu cür addımlar Aİ-nin və onun hüququn aliliyi üzrə hesabatlarının etibarlılığına zərbə vurur.
Ən böyük geriləmə – vətəndaş cəmiyyəti və media sahəsində
Hesabat göstərir ki, 2025-ci ildə ən ciddi geriləmə “tarazlaşdırıcı mexanizmlər” - yəni vətəndaş cəmiyyətinin hökuməti nəzarətdə saxlamaq imkanları sahəsində qeydə alınıb.
Müstəqil QHT-lərin fəaliyyəti məhdudlaşdırılıb, etiraz aksiyalarında iştirak üçün sərt cəzalar tətbiq olunub. Xüsusilə Macarıstanda Pride tədbirləri qadağan edilib və təşkilatçıları, o cümlədən Budapeşt meri rəsmi istintaqa cəlb olunub.
İtaliyada qəbul edilən sərt təhlükəsizlik fərmanı yol bağlama və digər etiraz formalarını kriminal sayır, eyni zamanda polis üçün əlavə təminatlar yaradır.
Bir sıra ölkələrdə isə iqlim fəalları və Fələstin tərəfdarı etirazçılar qadağalar və cinayət təqibi ilə üzləşib.
Ədliyyə sahəsində də irəliləyişin zəif olduğu qeyd olunur. Sənəddə hakimiyyət nümayəndələrinin məhkəmə sistemi və insan hüquqları institutlarına qarşı getdikcə daha tənqidi və düşmən ritorikadan istifadə etməsi “yeni tendensiya” kimi qiymətləndirilir.
Korrupsiyaya qarşı mübarizə sahəsində də ciddi irəliləyiş qeydə alınmayıb.
Media azadlığı üzrə isə yalnız az sayda ölkədə müsbət dəyişikliklər müşahidə olunub. Bolqarıstan, Xorvatiya, İtaliya, Niderland və xüsusilə Slovakiyada jurnalistlərə qarşı hücumların artdığı bildirilir.
Avropa İttifaqında hüququn aliliyinə zərbə: 5 ölkə “sistemli şəkildə geriləmə”də ittiham olunur