İraqda ABŞ-a məxsus diplomatik obyektlər hücuma məruz qalıb

ABŞ-ın Bağdaddakı Viktoriya bazası hədəfə alınıb

İraq mediası Bağdaddakı Amerika Viktoriya bazasında yeni partlayışlar eşitdiyini bildirib.

Media orqanları hücumun partlayışlara səbəb olduğunu və ABŞ-ın Bağdaddakı "Viktoriya" bazasından göyə tüstü sütunlarının qalxdığını qeyd edib.

Tasnim xəbər agentliyinin məlumatına görə, mənbələr Qərbi Bağdaddakı ABŞ logistika dəstək mərkəzinin üç dron hücumuna məruz qaldığını bildiriblər.

Bağdad hava limanındakı mənbə Əl-Cəzirəyə bildirib ki, Qərbi Bağdaddakı ABŞ logistika dəstək düşərgəsi (Viktoriya bazası) çoxsaylı hücumlara məruz qalıb. Bundan əlavə, İraq polisindən bir mənbə mərkəzə raket hücumu edildiyini açıqlayıb.