İranın 12 günlük müharibə zamanı yaşadığı təcrübə və çıxardığı nəticələr bu dəfəki müharibədə mühüm rol oynadı. Ölkədaxili terrorçu qrupların ordunu zəiflətməsinin qarşısını almaq üçün aparılan təmizləmə əməliyyatları, yeni müharibədə eyni halların təkrarlanmamasına zəmanət verdi. İran əvvəlki təcrübədən öyrənərək düşmənin potensial addımlarını daha yaxşı müşahidə etdi və döyüşdə daha qətiyyətli mövqe sərgilədi.
Amerikanın Yaxın Şərqdəki hərbi bazaları və İsrailin hədəfə alınması, eyni zamanda İranın vurulması Qərbin gücünü sürətlə bloklamağa hesablanmışdı. Bununla yanaşı, müsəlman ölkələrinin malik olduqları təbii ehtiyatlar – neft, qaz və su – onların əlində böyük güc faktoru olaraq bir daha ortaya qoyuldu. Bu isə müharibənin uzun müddət əvvəl planlaşdırıldığını və dəqiq koordinatlarla hazırlandığını sübut edirdi.
İranın mövqeyi, ABŞ-nin müdafiə kəmərinə güvənən ərəb dövlətlərinin əslində aldadıldığını və əziyyət çəkən tərəf olduğunu daha aydın göstərdi. Məsələnin əsas halqalarından biri isə dini idarəçilik və Ali Dini Liderin rolu idi. İran xalqı əsrlərdir zülmə baş əyməmək çağırışını öz ideologiyasına çevirmiş, Şiə əqidəsi və Hüseyn məktəbinin prinsipləri ilə formalaşan dünyagörüşünü qorumuşdur.
Bu ideologiya hər bir fərdi zülmə qarşı barışmaz mövqedə dayanmağa sövq edir. Ali Dini Liderin şəhid edilməsi belə xalqın birliyini sarsıtmadı, əksinə daha sərt mövqeyə gətirdi. İslamın yalnız din deyil, həm də həyat tərzi və baxış konsepsiyası olması, İran xalqının mübarizəsini davam etdirməsinin əsas səbəbi oldu.
Ali Dini Liderin yoxluğunda belə, xalqın eyni hədəf və düşüncə ilə birləşməsi, İranın müharibədə güclü müqavimət göstərməsinə səbəb oldu. Bu, İsrail və Amerika mifinə ciddi zərbə vurdu. Müharibə hələ də davam edir və Qərbin müttəfiqlərinin, hətta NATO-nun belə tam dəstək vermədiyi bir şəraitdə uzandıqca daha böyük çətinliklərə yol açır. Nəticənin necə olacağı barədə ilkin proqnozlar mövcuddur, lakin tam mənzərəni görmək üçün bir qədər gözləmək lazım gələcək.
SON
İran–Amerika və İsrail arasında müharibə: gözləntilər və nəticələr. 3-cü, sonuncu hissə