Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakıda sökülmüş evə görə Azərbaycan hökumətini 130 min avrodan çox məbləğdə cərimələyib.
Məhkəmə martın 24-də bu barədə qərar qəbul edib.
İş üzrə ərizəçilər Səbail rayonunun sakinləri - Zaur Məmmədov və anası Yelena Məmmədova olub. Məmmədovlar 2016-cı ildə Səbail Rayon İcra Hakimiyyətinin qərarı ilə yaşadıqları binanın sökülməsindən şikayətçi olublar.
Həmin il Nazirlər Kabineti Səbail də daxil olmaqla Bakının bir neçə rayonunda "sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" qərar qəbul edib. Yerli icra hakimiyyəti də bu qərara əsasən Məmmədovların yaşadığı binanın qəzalı vəziyyətdə olmasını əsas gətirərək sökülməsinə və yerində çoxmərtəbəli yaşayış binasının tikilməsinə qərar verib.
Məmmədovlar icra hakimiyyətinin qərarının etibarsız hesab edilməsi iddiası ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə onların iddiasını təmin etməyib.
Yerli məhkəmə qərarını belə əsaslandırıb ki, ərizəçilərin mülkiyyət hüquqları pozulmayıb, çünki onlara öz mənzillərindən də böyük, yeni təmirli mənzil verilməsi və həmin vaxtadək kirayə xərclərinin ödənilməsi nəzərdə tutulub.
Bundan sonra ərizəçilər maddi təzminat tələbilə yenidən məhkəməyə müraciət ediblər, lakin məhkəmə onların bu iddiasını da təmin etməyib.
Sonrakı məhkəmə instansiyaları da qərarı qüvvədə saxlayıb.
AİHM isə qərarında qeyd edib ki, yerli məhkəmələr maddi təzminat əvəzinə yalnız yeni mənzil verilməsini əsas götürüb, lakin bunun üçün konkret hüquqi norma göstərilməyib. Buna görə də, AİHM bu cür təzminatı qanuni hesab etməyib.
Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozulduğu qənaətinə gəlib.
Məhkəmə Məmmədovlara Azərbaycan hökuməti tərəfindən maddi zərərə görə 126,000, mənəvi1 zərərə görə 3,000, hüquqi xərclərə görə isə 2,919 avro təzminat ödənilməsinə qərar verib.
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib