İran Bəhreyndə ABŞ bazasını məhv edib

Bəhreyndə yerləşən Amerika hərbi bazası məhv edilib.

Bu  barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb. 
 
"Bəhreyndəki Amerika bazası tamamilə məhv edilib", - məlumatda qeyd olunub. 

Bundan əlavə, IRIB-in məlumatına görə, İraqın Ərbil şəhərində ABŞ konsulluğunun binası dağıdılıb. 

Vaşinqton məlumatla bağlı heç bir şərh verməyib.