Bəşəri fədakarlıq nümunəsi olan Rəhbər!

Şəhadət ömrün məqsədi deyil, lakin haqq yolunda yaşanmış həyatın ən ali mükafatıdır. Mütəfəkkirlər həqiqi şəhidi sadə bir düsturla ifadə edirlər: “Şəhid kimi yaşanan ömrün son nöqtəsi şəhadət olur.”
Bəzən şəhid bir millətin, bir xalqın, bəzən bir dinin və ya ideologiyanın nümayəndəsi olur. Bəzən isə şəhadət zirvəsində ümumbəşəri mahiyyət qazanaraq bütün insanlığın şəhidi kimi ölümsüzləşir.
Ayətullah Seyyid Əli Xamenei uşaqlığını dini elmlərin nurunda, fərddən cəmiyyətə uzanan ilahi bir yolda başlamışdı. Yeniyetməlik illərini paklıq və əqidə ilə, gənclik çağlarını isə mübarizə və ədalətin tərəqqisi naminə səfərbər etmişdi.
Xalqının azadlığı ilə başlanan şah rejiminə qarşı mübarizə, sonralar dünyada qeyri-bərabər güclərin insanlıq adına törətdiyi cinayətlərə qarşı dirənişlə davam etdi. O, döyüş meydanında fədakar bir əsgərdən ali sərkərdəyə qədər mərhələlərlə yüksələrək, şəhadət məktəbini öz varlığında təcəssüm etdirə bildi.
Həyatının hər mərhələsində istibdad qüvvələri qarşısında əyilməz qaməti və vüqarlı duruşu ilə beynlərdə həqiqi lider obrazını əməli şəkildə nümayiş etdirdi. Şübhəsiz ki, bu yol tarixin dərinliklərindən günümüzə uzanan parlaq bir xəttin davamı idi. Bir zamanlar batilin qarşısında dağ kimi dayanan və azadlıq məşəlinə çevrilən İmam Hüseynin (ə) “mənim kimilər sənin kimilərə beyət etməz” şüarı bu gün İslamın Ali Dini Liderinin şəxsiyyətində öz əksini tapırdı.
O, bütün küfrün haqq qarşısında duran iradəsini qeyri-bərabər güclərin mübarizəsində “haqqsansa, qalibsən” nümunəsi ilə ortaya qoyaraq, gələcək nəsillər üçün İmam Hüseyn (ə) yolunu öz pak qanı ilə yenilədi. Bir zamanlar bəşəriyyətin nicatı üçün fədakarlıq simvolu yaradan Əba Əbdillahın (ə) bu gün Seyyid övladı, haqqı bütün dünyanın qarşısında uca tutan ölümsüzlük nümunəsini yaşatdı və şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu.
Şəhadət ömrü yaşayan Ayətullah Xamenei şəhid oldu və bununla da şəhadətin həqiqətindəki ölümsüzlük möhürünü bir daha təsdiqlədi.
 
Ruhun şad olsun, Şəhid Lider!