HƏMAS lideri Xalid Məşəl qruplaşmanın tərksilah edilməsi cəhdlərini rədd edib.
HƏMAS-ın tanınmış simalarından biri olan Xalid Məşəl bazar günü verdiyi açıqlamada hərəkatın silahlarını təslim etməyəcəyini və Qəzzaya xarici müdaxiləni qəbul etməyəcəyini bildirdi və beləliklə, ABŞ və İsrailin tələblərini rədd edib.
Dohada keçirilən konfransda çıxış edən Xalid Məşəl "Müqaviməti, onun silahlarını və bu silahları daşıyanları cinayətkar kimi təqdim etmək qəbul edə bilmədiyimiz bir şeydir" deyə bildirib.
"İşğal olduğu müddətcə müqavimət də olacaq. Müqavimət işğal olunmuş xalqların hüququdur, millətlərin qürur duyduğu bir şeydir."
ABŞ-ın vasitəçiliyi ilə Qəzzada əldə edilən atəşkəsin ikinci mərhələsi HƏMAS-ın tərksilah edilməsini nəzərdə tuturdu.
Lakin HƏMAS dəfələrlə silahlarını yerə qoymayacağını vurğulayıb.
Sionist rəsmilər iddia edirlər ki, Həmasın Qəzzada hələ də təxminən 20.000 döyüşçüsü var.
HƏMAS silahlarını yerə qoymayacaq