İsrail tərəfi hesab edir ki, Vaşinqton–Tehran xəttində aparılan danışıqlar 2015-ci il nüvə sazişində olduğu kimi, bu dəfə də İran üçün daha sərfəli nəticələrlə yekunlaşa bilər.
İsrail KİV-lərinin yazdığına görə, əsas təhlükə mümkün razılaşmada İranın ballistik raket proqramının kənarda qalmasıdır. Təl-Əviv məhz bu məsələni milli təhlükəsizlik üçün kritik risk kimi qiymətləndirir və hesab edir ki, yalnız nüvə fəaliyyətinin məhdudlaşdırılması real təhlükəni aradan qaldırmır.
Məlumatlara əsasən, İsrail ABŞ administrasiyasından İranla imzalanacaq istənilən anlaşmada ballistik raket proqramının da mütləq şəkildə məhdudlaşdırılmasını tələb edir. Əks halda, Tehran regional hərbi gücünü qoruyub saxlayacaq və hətta genişləndirə biləcək.
İsrail analitikləri vurğulayırlar ki, belə bir ssenari Yaxın Şərqdə güc balansını İranın xeyrinə dəyişə və İsrail üçün uzunmüddətli təhlükəsizlik riskləri yarada bilər.
Musavat.com
ABŞ ilə İran arasında mümkün anlaşma İsraildə ciddi narahatlıq doğurur