Livanın “Hizbullah” hərəkatının Baş katibi Şeyx Naim Qasim “İlin Mehdi Yavəri” seçilib.
Müvafiq nominasiya Qum şəhərində yerləşən Müqəddəs Cəmkəran Məscidi tərəfindən təqdim edilir.
“İlin Mehdi Yavəri” İmam Mehdinin (ə.f) mövlud günü – hər il şaban ayının 15-i (Nimeyi-Şəban günü) elan edilir.
“Hizbullah” lideri Şeyx Naim Qasim Məhdəviyyat təfəkkürünün, mədəniyyətinin təbliği sahəsindəki, Zühurun tezləşməsi istiqamətindəki mühüm fəaliyyətinə və müqavimət cəbhəsindəki roluna görə bu ada layiq görülüb.
Qeyd edilib ki, “Hizbullah” lideri “məzlumların dəstəklənməsində yorulmaq bilmədən işlər görüb, təbəkkürlülər və zalımlara qarşı mübarizə aparıb, haqaa cəbhəsini möhkəmlədib”.
Xatırladaq ki, öncəki illərdə “Hizbullah”ın şəhid lideri Seyid Həsən Nəsrullah, Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzaki, iranlı general Hacı Qasim Süleymani, İraq Xalq Səfərbərlik Qüvvələrinin (Haşdi Şabi) komandanı Əbu Məhdi əl-Mühəndis, Bəhreyn şiələrinin lideri İsa Qasim və digərləri “İlin Mehdi Yavəri” seçiliblər.
Qeyd edək ki, “yavər” sözü yardımçı, köməkçi, imdada çatan, hərbçi mənalarını verir.
“Hizbullah” lideri “İlin Mehdi Yavəri” seçildi