Rusiya Zaporojye vilayətinə hücum edib, 2 nəfər ölüb

Ötən gecə Rusiya Zaporojye vilayətinin Volnyansk şəhərinə hücum edib.

UNİAN xəbər verir ki, hücum nəticəsində mülki əhali arasında ölənlər var.

Qeyd edək ki, Rusiya qoşunları Zaporojye rayonunu zərbə PUA-ları ilə hədəfə alaraq Volnyanskın fərdi yaşayış sektoruna zərbələr endirib.

Nəticədə evlər dağılıb, yanğınlar baş verib, iki qadın və bir kişi həlak olub, daha bir kişi yaralanıb.