Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Elgiz Qəhrəmanın 2016-cı ildə həbs olunmasından verdiyi şikayətlə bağlı qərar verib.
Ərizəçi şikayətində saxta ittihamla həbs olunduğunu və polis tərəfindən işgəncəyə məruz qaldığını bildirib.
Məhkəmə işgəncə iddiası ilə bağlı qərarında qeyd edib ki, yerli hüquq-mühafizə orqanları iddia üzrə cinayət işi açmaqdan imtina ediblər və bu zaman işgəncə verdiyi deyilən polis əməkdaşlarının ifadələrinə arxalanıblar. Məhkəmə göstərib ki, aidiyyəti orqan nəyə görə fəalın yox, polislərin sözünü daha etibarlı hesab etdiyini əsaslandıra bilməyib. Bununla da, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (işgəncə və qeyri-insani rəftarın qadağası) prosessual aspekti üzrə pozuntunu tanıyıb.
Məhkəmə, eyni zamanda, konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi üzrə (azadlıq və təhlükəsizlik hüququ) də pozuntu tanıyıb. Belə ki, məhkəmə E.Qəhrəmanın həbsi üçün yetərincə əsasın olmadığı qənaətinə gəlib.
Qərarda göstərilir ki, yerli məhkəmələr fəalın polis tərəfindən üzərinə qoyulduğu deyilən maddi sübutlarla bağlı araşdırma aparmayıb və bununla da, konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (ədalətli məhkəmə hüququ) də pozulub.
AİHM yekun olaraq həm də o qərara gəlib ki, fəal polisin iddia etdiyindən fərqli səbəblə - ictimai-siyasi fəaliyyətinə görə həbs olunub. Bu isə konvensiyanın 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu deməkdir.
Məhkəmə Azərbaycan hökumətinin E.Qəhrəmana mənəvi zərərə görə 10 min avro, hüquqi xərclərə görə isə 2054 avro təzminat ödəməsi qərarına gəlib.
E.Qəhrəman 2016-cı ilin iyulunda "Facebook" səhifəsində tənqidi paylaşım etdikdən qısa müddət sonra həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) ilə ittiham elan edilib və o, məhkəmə tərəfindən 5 il 6 ay azadlıqdan məhrum edilib.
2017-ci ildə Ali Məhkəmə onun ittiham olunduğu maddəni 234.1-ci maddəyə tövsif edərək cəzasını 3 il müddətinə endirib. E.Qəhrəman 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
E.Qəhrəman hazırda həbsdə olan "Meclis.info" saytının rəhbəri İmran Əliyevin işi üzrə ötən ilin martında cinayət məsuliyyətinə cəlb olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham irəli sürülüb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Avropa Məhkəməsi ictimai fəalın həbsinə görə Azərbaycanı 12 min avro cərimələyib