İsrail mediasının məlumatına görə, işğal olunmuş ərazilərdə, Əfulə şəhəri yaxınlığında həyata keçirilən ikiqat hücum nəticəsində iki israilli öldürülüb, daha 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə bıçaqlama və avtomobillə vurma formasında baş verib.
Sionist rejimin təcili tibbi yardım xidməti “Maqen David Adom”un açıqlamasına əsasən, hücum zamanı yaralanan şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya çatdırılıb.
“Haaretz” qəzetinin yazdığına görə, hücumun ilk mərhələsində Ayn Harod kibbutzu yaxınlığında bir işğalçı qadın bıçaqlanaraq öldürülüb. Daha sonra hücumçu avtomobillə Bisan şəhərində bir işğalçını vuraraq qətlə yetirib. Bisan Əfulənin şərqində yerləşir və hadisə bölgədə böyük panikaya səbəb olub.
Məlumata görə, hücumçu hadisələrdən sonra avtomobillə Nasirə şəhərinin cənubunda yerləşən Əfulə istiqamətində hərəkət edib.
Sionist rejim polisi hücumun icraçısının daha sonra “zərərsizləşdirildiyini” bildirib. Rəsmi qurumlar hadisənin motivləri və hücumçunun hərəkət marşrutu ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.
Sionist rejim mediası təhlükəsizlik qüvvələrinin hadisədən dərhal sonra bölgədə genişmiqyaslı əməliyyatlara başladığını yazır. Ətraf ərazilərdə yollar bağlanıb, yoxlamalar gücləndirilib.
Cenin bölgəsinə qarşı təlimat verildi
Sionist rejimin cinayətkar təhlükəsizlik naziri İsrail Kats hücumdan sonra sionist rejim ordusuna Cenin vilayətində yerləşən Qabatiyə kəndinə qarşı “dərhal və sərt tədbirlər” görülməsi barədə göstəriş verib. Sionist rejim tərəfi hücumçunun məhz bu kənddə yaşadığını iddia edir.
Bu göstəriş fonunda Cenin və ətraf ərazilərdə hərbi reydlərin və məhdudiyyətlərin artırılacağı gözlənilir.
Son dövrlər sionist rejim Qərb Sahilində həyata keçirdiyi hərbi əməliyyatlar və reydlər intensivləşib. Bununla yanaşı, işğalçıların fələstinlilərə və onların mülklərinə qarşı hücumları da davam edir. İnsan haqları təşkilatları bölgədə zorakılığın artmasından narahatlıqlarını ifadə edirlər.
Analitiklər hesab edirlər ki, Əfulə yaxınlığında baş verən bu hadisə bölgədə onsuz da gərgin olan təhlükəsizlik vəziyyətini daha da ağırlaşdıracaq və yeni eskalasiya risklərini artıracaq.
İsrail mediası: Əfulə yaxınlığında iki israilli öldürüldü, 6 nəfəri isə yaralandı