MəhkəməTeymur Kərimovun cəzası 2 il azaldılıb

Dekabrın 24-də "Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.
APA yazır ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Kassasiya şikayəti qismən təmin edilib və Teymur Kərimovun cəzası 2 il azaldılıb.
Teymur Kərimov ötən il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi mayın 15-də onun cəzasını 1 il azaltmışdı.
O, Cinayət Məcəlləsinin hədə-qorxu yolu ilə tələb etmə maddəsi ilə ittiham elan edilib.
Özü ittihamları qəbul etməyib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.