Ayətullah Sistaninin nümayəndəsi Alulbeytə təşəkkürnamə təqdim etdi

Böyük təqlid müctəhidi Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi və İmam Hüseyn (ə) ziyarətgahının baş katibi Alulbeyt Fonduna İmam Hüseyn (ə) ziyarətçilərinə göstərdiyi xidmətlərə görə təşəkkürnamə və minnətdarlıq sertifikatı təqdim edib.

İmam Hüseyn (ə) ziyarətgahının baş katibi Ayətullah Əbdülmehdi Kərbəlayi, xüsusilə Ərbəin dövründə İmam Hüseyn (ə) ziyarətçilərinə göstərdiyi xidmətlərə görə Alulbeyt Fonduna təşəkkürnamə təqdim edib.

Alulbeyt Alimlər Birliyi nümayəndə heyətinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Alulbeyt-in Türkdilli Ölkələr üzrə baş direktoru Hüccətül-İslam Şeyx Rəhmi Onurşan Rəhmaniyə təşəkkürnamə təqdim edilib.